Gömrük nəzarətindən gizlədilmiş mobil telefonlar aşkarlanıb
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Elçin Aslanovun idarə etdiyi “Mersedes-Benz E-230” markalı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq-Körpü” postunda gömrük nəzarəti keçirilib.
Bu zaman sözügedən avtomaşından gömrük nəzarətindən gizlədilmiş, 30 ədəd “Bilayn A100” markalı mobil telefon və müvafiq olaraq, eyni sayda qidalandırma cihazı, qulaqcıq, mobil telefon qutusu və akkumulyator aşkarlanıb.
Gəncə Gömrük İdarəsinin Gəncə şəhərində keçirdiyi əməliyyat tədbiri nəticəsində Samux rayon sakini Ömər Rizmanovdan mənşə ölkəsi məlum olmayan və Azərbaycan Respublikası ərazisinə qanunsuz yolla gətirilən 18 ədəd mobil telefon aşkar edilib. Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşları Mirpaşa Aslanov və Xanlar Rəhmanovun baqajlarına Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən gömrük baxışı zamanı da Mirpaşa Aslanova məxsus çamadandan bəyan etmədiyi 30 ədəd “Blackberry 9800” markalı, Xanlar Rəhmanova məxsus çantadan isə bəyan etmədiyi 1 ədəd “Sony Ericsson X10” və 1 ədəd “Samsung 5722” markalı mobil telefonlar götürülüb.

958