Bakıdan Tümenə narkotik daşıyan azərbaycanlı məhkəmə qarşısında
24 yanvar 2011 10:38 (UTC +04:00)

Bakıdan Tümenə narkotik daşıyan azərbaycanlı məhkəmə qarşısında

Rusiyanın Tümen Vilayət Prokurorluğu qanunsuz narkotik vasitə dövriyyəsində ittiham etdiyi Azərbaycan əsilli 48 yaşlı Sahib Həsənov və 26 yaşlı German Şmuxinanın işini məhkəməyə göndərib.


Lent.az-ın “proctmo.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşı olan və Tümendə yaşayan Sahib Həsənov Azərbaycandakı narkotacirlərlə əlaqə qurub və 2009-cu ilin oktyabrında Bakıdan Tümenə satmaq məqsədi ilə böyük həcmdə həşiş aparıb.


O, həşişi çantasında qurudulmuş meyvələrin altında gizlədib. 2009-cu il oktyabrın 23-də axşam Sahib Həsənov narkotik vasitəni Rusiyaya keçirib. Həşişi satmaq üçün bu işə tanışı German Şmuxinanı cəlb edib. 2010-cu ilin iyulunda onlar birlikdə həşişi satıblar. 2010-cu ilin avqustunda onların davranışları Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Xüsusi əməliyyat zamanı onların üzərində 50 qram həşiş və 100 qram marixuana aşkarlanıb. Araşdırma zamanı iyul ayında onların böyük həcmdə həşişi satdıqları üzə çıxıb. Prokurorluq Sahib Həsənovun 15 il azadlıqdan məhrum edilməsini istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26