
Baş Prokurorluq Astarada silah-sursat tapılmasilə bağlı məlumat yaydı
Prokurorluqdan Lent.az-a verilən açıqlamada bildirilir ki, qanunsuz fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında, 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Ruhulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd "Naqan" tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd F-1, 4 ədəd RQD-5 tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd RQD-5 tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
Göstərilənlərlə əlaqədar, Ruhulla Axundzadə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.
Göstərilənlərlə əlaqədar, Ruhulla Axundzadə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.
Oxşar yazılar

Jurnalistlərdən rüşvət alan 3 polis HƏBS OLUNDU
25 iyul 2025 , 19:07
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi - YENİLƏNİB
25 iyul 2025 , 18:45
Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi açıldı - VİDEO - YENİLƏNİB
25 iyul 2025 , 18:15
Məktəbli bacılar göldə BOĞULDU
25 iyul 2025 , 18:06
“Oleq Bakinski”yə HÖKM OXUNDU
25 iyul 2025 , 17:55
Ağdaşda SEVGİ DRAMI: Qayınana cehizi bəyənmədi, ata toydan imtina etdi, bəy özünü asdı
25 iyul 2025 , 17:42
Məşhur "qanuni oğru" həbsxanada insult keçirdi
25 iyul 2025 , 17:08