AİP sədri barəsindəki qərardan apellyasiya şikayəti verilib
M. Səmədovun vəkili Anar Qasımov APA-ya deyib ki, müdafiə etdiyi şəxs apellyasiya şikayətində Nəsimi Rayonu Məhkəməsinin barəsində çıxardığı həbs-qətimkan tədbirinin ləğv olunmasını və məhkəmənin hökmünə qədər sərbəst buraxılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı isə hələlik müəyyənləşməyib.
Qeyd edək ki, Nəsimi Rayonu Məhkəməsinin qərarı ilə M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunub.
Xatırladaq ki, yanvarın 7-də AİP sədri Hacı Mövsüm Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən iki nəfəri - Mirhüseyn Kazımov və Elçin Həsənov isə yanvarın 18-də sərbəst buraxılıb, M. Səmədovun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində isə dünən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. V. Abdullayevə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham irəli sürülüb.

480