Novruz Məmmədov: “Barrozo fikirlərinə sadiq olduğunu nümayiş etdirməlidirlər”
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Məsələ ilə bağlı Azərbaycanın Brüsseldəki səfirinin də lazımi görüşlər keçirdiyini qeyd edən şöbə müdiri baş verənlərdən təəccübləndiyini və təəssüfləndiyini vurğulayıb: “Gərək belə olmayaydı. Dövlət başçıları, xarici işlər nazirləri, eləcə də Avropa Komissiyasının sədri danışıqlarında dedikləri fikirlərə sadiq olaraq onu dünyaya nümayiş etdirməlidirlər”.
Qeyd edək ki, Barrozo Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu və Avropa Komissiyasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, onun qurumun rəsmi internet saytında yerləşdirilmiş çıxışında bu hissələr əksini tapmayıb.

504