Ramil Usubov yol patrul xidmətinin əməkdaşlarına xəbərdarlıq etdi
22 yanvar 2011 13:49 (UTC +04:00)

Ramil Usubov yol patrul xidmətinin əməkdaşlarına xəbərdarlıq etdi

Azərbaycanın daxili işlər naziri Ramil Usubov yol patrul xidməti əməkdaşlarına xəbərdarlıq edib. APA-nın məlumatına görə, nazir bu gün keçirilən geniş kollegiya iclasında bildirib ki, YPX əməkdaşları vətəndaşları boş yerə incitməməlidir: “Hansısa vətəndaş qayda pozubsa, qanuna uyğun cəzalandırılmalıdır. Həmin şəxsin kiminsə qohumu olması və digər məsələlərə görə qayda pozan şəxslərə qarşı güzəştə getmək olmaz. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidir. Yol patrul xidmətinin əməkdaşları tərəfindən də bəzən vətəndaşların əsassız olaraq incidilməsi faktlarına rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Mən bütün idarə rəislərinə tapşırıram, bu hallara son qoyulmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar