Beynəlxalq orqan mafiyası şəbəkəsinə Azərbaycanın da adı qarışdı
İtaliyada mafiya ilə mübarizə üzrə baş prokuror Francesco Mandoi Camrobasso şəhərində keçirilən Beynəlxalq Adriatik Təhlükəsizlik və Əməkdaşlıq Konfransında çıxış edib. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, son illərdə insan orqanlarının qanunsuz ticarətinin həcminin sürətlə böyüdüyünü bildirən Francesco Mandoi mafiyanın orqanları şərq ölkələrindən aldığını söyləyib.
O qeyd edib ki, bir insan böyrəyi 2 min avroya alınır, Qərb ölkələrində 50 min avroya satılır. Francesco Mandoi orqan ticarəti şəbəkəsinin beyin mərkəzinin Balkan mafiyası olduğunu vurğulayıb: “Moldova, Gürcüstan və Azərbaycan başda olmaq üzrə, Şərq ölkələrində orqanlarını satan insanlar tapılır, o insanların əksəriyyəti Kosovaya gətirilir və burada orqan şəbəkəsinə xidmət edən xəstəxanalarda cərrahi yolla orqanları götürülür. Şəbəkənin Türkiyədə də mərkəzi var. Bu mərkəz əsasən qurbanların aparılması və tapılmasına dəstək verir”.
Francesco Mandoi onu da deyib ki, qanunsuz orqan ticarəti ağır cinayət olsa da, bu ölkələrlə hüquqi müstəvidə əməkdaşlıq olmadığı üçün qanuni istintaq prosesi aparmaq mümkün deyil: “İtaliyada aparılan istintaqla bağlı ifadə almaq üçün beynəlxalq icazə almaq gərəkdir. Bu da yolumuz bağlayır”.

585