Cəbhə xəttində atışma zamanı erməni hərbçisi öldürülüb
21 yanvar 2011 13:11 (UTC +04:00)

Cəbhə xəttində atışma zamanı erməni hərbçisi öldürülüb

APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, erməni tərəfi insident zamanı hərbçi Ovik Mkrtıçeviç Sukiasyanın öldüyünü bildirir. Qondarma “DQR Müdafiə Ordusu”nun mətbuat xidməti bildirib ki, atışma zamanı Azərbaycan tərəfi dəfələrlə artıq itki verib. “DQR” tərəfi atəşkəs rejiminin Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirib və bu “faktı” Azərbaycan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında bildirib ki, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Şamil Sadıqov yaralanıb və düşmən tərəfi susdurulub: “Bundan başqa, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Ermənilər tutarlı cavabı ört-basdır etmək üçün özlərindən belə dezinformasiya uydururlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar