Dərəyə aşan maşının sürücüsü donaraq öldü - FOTO
Bu gecə Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 17-ci km-də Xaçmaz rayonu, Qaradağ Buduq kənd sakini, 1966-cı il təvəllüdlü Xanbala Məmmədov idarə etdiyi 10 GR 353 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomaşınla yoldan çıxaraq Çağacuqçayın sahilinə düşüb. Zərbədən yolun kənarındakı dəmir dirək qırılıb. Yaralı vəziyyətdə köməksiz qalan sürücü kəskin qanaxmadan və donvurmadan dünyasını dəyişib. Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Hikmət Kərimov Lent.az-a bildirib ki, ilkin ehtimala görə, yüksək sürət və yolun buz bağlaması səbəb olub.
Qeyd edək ki, mərhum 4 uşaq atasıdır və avtomobilindən taksi kimi istifadə edib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Vəli Turan

Oxşar yazılar

Jurnalistlərdən rüşvət alan 3 polis HƏBS OLUNDU
25 iyul 2025 , 19:07
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi - YENİLƏNİB
25 iyul 2025 , 18:45
Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi açıldı - VİDEO - YENİLƏNİB
25 iyul 2025 , 18:15
Məktəbli bacılar göldə BOĞULDU
25 iyul 2025 , 18:06
“Oleq Bakinski”yə HÖKM OXUNDU
25 iyul 2025 , 17:55
Ağdaşda SEVGİ DRAMI: Qayınana cehizi bəyənmədi, ata toydan imtina etdi, bəy özünü asdı
25 iyul 2025 , 17:42
Məşhur "qanuni oğru" həbsxanada insult keçirdi
25 iyul 2025 , 17:08