Neft şirkətinin operatoru iş başında öldü
21 yanvar 2011 10:48 (UTC +04:00)

Neft şirkətinin operatoru iş başında öldü

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dövlət Neft Şirkətinin (ARDNŞ) Siyəzən Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) operatoru, 1957-ci il təvəllüdlü Həmidov Nazim Əbdüləli oğlu iş vaxtı ölüb. Belə ki, saat 20.00 radələrində neft quyularına baxış keçirən N.Həmidovun başına neftçıxaran mancanaq qurğusu dəyib. Nəticədə N.Həmidov neft quyusuna yıxılıb və yerindəcə keçinib.


Qeyd edək ki, bir neçə gün əvvəl Siyəzən NQÇİ-nin işçiləri mədən ərazisində “Ural” markalı avtomobillə qəzaya düşmüşdü. Həmin vaxt bir nəfər ölmüşdü.


Faktla bağlı araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar