Partiya sədri haqqında həbs qərarı
Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. M. Səmədovun vəkili Anar Qasımov APA-ya bildirib ki, qapalı keçirilən prosesdə M. Səmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, yanvarın 7-də AİP sədri Hacı Mövsüm Səmədovla birgə saxlanılan Mirhüseyn Kazımov 11, Elçin Həsənov 13 sutka müddətinə inzibati cəza alıb. M. Səmədovun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov isə yanvarın 7-də 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə saxlanılıblar. M. Səmədov barəsində 13 gün müddətinə inzibati həbs seçilib. Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri elan olunub.
M. Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən iki nəfəri - Mirhüseyn Kazımov və Elçin Həsənov isə ötən gün sərbəst buraxılıb.
Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. V. Abdullayevə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham irəli sürülüb.
M. Səmədovun Nərimanov Rayon Məhkəməsi tərəfindən inzibati cəza verilməsi ilə bağlı apellyasiya şikayəti də yanvarın 19-da keçirilən iclasda təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

487