Ermənilər zabitimizi yaralayıb
APA-nın məlumatına görə, hadisə dünən cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında qeydə alınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. T. Abdullayev bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində hər iki budundan güllə yarası alıb, vəziyyəti kafidir.

433