Sumqayıt İcra Hakimiyyətinin işçisi barədə cinayət işi qaldırılıb
Keçən il avqust ayının 5-də Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsində işləyən Eldar Məmmədov özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri kimi təqdim edərək, şəhər sakini Vüqar Qələndərova torpaq sahəsi verəcəyi adı ilə onun 105 min manat pulunu alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, faktla əlaqədar şəhər prokurorluğu tərəfindən cinayət işi başlanıb və toplanmış materiallar Şəhər Polis İdarəsinə göndərilib.

1294