DİN Bakı sakininin polis bölməsində ölməsi barədə xəbərlərə münasibət bildirib
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a açıqlamasında bəzi qüvvələrin baş verən hadisədən mənafeyi naminə istifadə etmək istədiyini deyib. Onun sözlərinə görə, “Bakıda 3 polis əməkdaşı bıçaqlandı» manşetini az qala sevincək şəkildə təsir dairələrindəki qəzetlərin üz səhifələrinə daşıyan bəzi qüvvələr baş vermiş hadisədən öz məqsədləri naminə yararlanmaq, polis əməkdaşlarının qulaq, boğaz və sinə nahiyələrinə soyuq silahla xəsarətlər yetirib qaçarkən başından aldığı zərbədən xəstəxanada dünyasını dəyişmiş E.Əsgərovun ölüm faktından dividend qazanmaq, ümumilikdə Azərbaycan Polisini ictimai qınaq obyektinə çevirmək üçün «qara piar» kampaniyası aparmağa cəhd göstərir.
O.Mansurzadə bəzi KİV-in DİN-in mövqeyinə yer ayırmadığını bildirib: “Mərhum barədə birtərəfli, yoxlanılmamış məlumatlara və yaxınlarının polisə qarşı qərəzli ifadələrinə səxavətlə yer ayıran bəzi KİV-lər, görəsən, hansı səbəbdən digər tərəfin təmsilçilərini danışdırmağa, açıqlamalarını verməyə həvəsli görünmür?”
Nazirlik rəsmisi qeyd edib ki, baş vermiş hadisə obyektiv şəkildə araşdırılacaq və hüquqi qiymətini alacaq: “Heç şübhəniz olmasın ki, məsələnin araşdırılması, bu zaman xəsarət almış əməkdaşların özlərini necə aparmaları, iddia olunduğu kimi onların və digər əməkdaşların Elvin Əsgərovun guya döyülərək öldürülməsinə aidiyyatlarının olub-olmaması da obyektiv şəkildə araşdırılacaq və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, yanvarın 12-dən 13-ə keçən gecə Nizami rayonunda, “Neon Palace” şadlıq sarayının qarşısında düşən kütləvi davaya müdaxilə edən Çevik Polis Alayının 3 əməkdaşına bıçaqla xəsarət yetirilib.
Rəsmi məlumata görə, Mikayıl Əliyev küçəsi 15 ünvanında 3 polis əməkdaşı - Mütəllimov Elçin Zirəddin oğlu, Süleymanov Zülfüqar Ələkbər oğlu və Ağayev Səbuhi Tağı oğlu bıçaqlanıb. Onlar restoranın qarşısında dava salan şəxsləri saxlamaq istəyərkən müqavimətlə rastlaşıblar. Bu zaman 3 polis işçisi yaralanıb. Dava salan şəxslər isə saxlanılıb. Polisə müqavimət göstərən Elvin Əsəgrov qaçmaq istəyərkən yıxılıb və ağır xəsarətlərlə hadisə yerindən xəstəxanaya aparılıb. Bir gün sonra o, 3 saylı şəhər xəstəxanasında keçinib.
Onu da qeyd edək ki, E.Əsgərov kriminal aləmdə “vasmoyski” adı ilə tanınıb.
Nizam Rza

471