Bir yaramazlığa görə 3 nəfər bıçaqlandı - TƏFƏRRÜAT
19 yanvar 2011 16:34 (UTC +04:00)

Bir yaramazlığa görə 3 nəfər bıçaqlandı - TƏFƏRRÜAT

Yanvarın 18-də Gəncədə 3 nəfər bıçaqlanıb. Gəncə şəhər, Kəpəz rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Əsgəri küçəsindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığından, şəhər sakinləri Səbuhi Qurbanov, Seymur İmranov və Rauf Günəşov bıçaqlanıb.

Məlumatda o da bildirilir ki, hadisəni Gəncə sakini, 1989-cu il təvəllüdlü Namazov Eldəniz Telman oğlu törədib.

Belə ki, yanvarın 17-də gecə saatlarında E.Namazov evlərinin hasarının kənarında səs eşidib. O çölə çıxarkən tanımadığı bir nəfərin hasarın dibindən tualet kimi istifadə etdiyini görüb. Bu zaman o, 1980-ci il təvəllüdlü Əliyev Zaur Müzəffər oğlu ilə mübahisə edib və hər iki şəxs arasında dava düşüb. Daha sonra ev yiyəsi ilə Z.Əliyev mübahisəni davam etdirmək qərarına gəliblər və görüş yeri təyin ediblər.

Yanvarın 18-də Z.Əliyev üç dostu - Səbuhi Qurbanov, Seymur İmranov və Rauf Günəşovla birgə təyin olunmuş yerə gəlib. E.Namazov da öz növbəsində bir neçə nəfər tanışı ilə bərabər görüş yerinə gəlib və tərəflər arasında dava düşüb. Dava zamanı bütün baş verənlərə səbəbkar ola Z.Əliyev aradan çıxıb. Əvəzində E.Namazov onun üç dostunu bıçaqlayıb. S.Qurbanov, S.İmranov və R.Günəşov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Məlumatda o da bildirilir ki, E.Namazov tutulub. Davada iştirak edən digər şəxslərin tutulması istiqamətində iş aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521

Oxşar yazılar