Nemət Pənahlının qardaşı da saxlanıldı
19 yanvar 2011 14:25 (UTC +04:00)

Nemət Pənahlının qardaşı da saxlanıldı

S.Pənahlının oğlu Pənah Pənahlının Lent.az-a verdiyi məlumata görə, polislər S.Pənahlını bu gün səhər saatlarında yolda saxlayıblar.

N.Pənahlının vəkili Elçin Sadıqov da xəbəri təsdiqləyib. O, S.Pənahlının hazırda Nəsimi rayon Polis İdarəsində olduğunu bildirib: “Ordan mənə bildirdilər ki, ciddi bir məsələ yoxdur. İfadə verəndən sonra buraxılacaq. Lakin hələ də idarədə saxlanılır”.

Nəsimi rayon Polis İdarəsindən isə xəbəri nə təsdiq, nə də təkzib ediblər. İdarənin növbətçi hissəsindən bildiriblər ki, yeni binaya köçmələri ilə əlaqədar məşğuldurlar və məlumat verə bilməyəcəklər.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar