İctimai Komitənin yeni tərkibi formalaşdırılıb - FOTO
Şəffaflığın artırılması məqsədi ilə 2006-cı ildən penitensiar sistemdə ictimai nəzarəti təmin etməklə bağlı fəaliyyət göstərən İctimai Komitənin hazırkı tərkibinin növbəti bir illik səlahiyyət müddəti başa çatıb.
Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən dövrdə İctimai Komitə müxtəlif cəzaçəkmə müəssisələrinə 260-dan artıq başçəkmə həyata keçirib, məhkumların saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtının səmərəli təşkilinə və digər məsələlərə diqqət yetirib.
Başçəkmələrin nəticələri üzrə hesabatlar Ədliyyə Nazirliyinə təqdim edilib, ictimaiyyətə müvafiq açıqlamalar verilib. Bir illik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi, habelə qurumun yeni tərkibinin formalaşdırılması məqsədilə bu il yanvarın 18-də tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilib.
Komissiyanın iclasında İctimai Komitənin dördüncü tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilib, aparılmış monitorinqlərin daha müntəzəm xarakter alması, qurumun müsbət təcrübəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilib. Komitənin qarşısında mühüm vəzifələrin dayandığı vurğulanıb, qarşılıqlı dialoq və əməkdaşlıq şəraitində vətəndaş cəmiyyəti və dövlət orqanları nümayəndələrinin birgə səyləri təqdir olunub.
Tədbirdə Komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilib və təhlillər aparılıb, qurumun işində iştirak etmək arzusunda olan hüquq-müdafiə, qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılıb, Komitənin yeni tərkibi formalaşdırılıb.

479