Azərbaycanlı iş adamının İstanbulda mülk davası
Türkiyədə keçən il dekabrın 5-də vəfat edən Ceyla Gölcüklünün keçmiş əri, Azərbaycan əsilli iranlı iş adamı, beynəlxalq neft şirkəti ETI-nin prezidenti Şeri Şahnavaz növbəti dəfə məhkəməyə üz tutub.
Lent.az-ın “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, qızları Lara ilə bağlı məhkəmə prosesində qalib gələn və onu Londona aparan Şeri Şahnavaz indi də keçmiş həyat yoldaşının varidatının dəqiqləşdirilməsini istəyir.
Vəkilləri vasitəsi ilə İstanbul Mülki Hüquq Məhkəməsinə müraciət edən Şeri Şahnavazın tələbi ilə Ceyla Gölcüklüdən qalan və Türkiyədə olan bütün bank hesablarının və daşınmaz mülkün dəqiqləşdirilməsi aparılacaq.
Məsələ ondadır ki, Ceyla Gölcüklünün anası və qardaşı bacılarının yalnız Gökovada və Bodrumda villaları, “Akbank”da isə hesab nömrəsi olduğunu bildirirlər. Ancaq Azərbaycan əsilli iş adamı keçmiş həyat yoldaşının pul və mülklərinin bir hissəsinin gizlədildiyi qənaətindədir.
Qeyd edək ki, Ceyla Gölcüklü ölümündən əvvəl halallaşmaq üçün yanına çağırdığı Şeri Şahnavazdan qızları Laraya sahib çıxmasını istəyib. Lakin Ceyla Gölcüklünun anası Tülin və qardaşı Ali Şevket Gölsüklü Laranı atasına vermək istəməyərək, qəyyumluğunu almağa çalışıblar. Çünki Laranın atasının himayəsinə keçməsi onların mal-dövlətdən də faktiki məhrum olması demək idi. Məhkəmə prosesində isə Şeri Şahnavaz qalib gəlib.
Xatırladaq ki, Ceyla Gölcüklü Azərbaycan əsilli iranlı iş adamı Şeri Şahnavazla ailə qurduqdan sonra onun həyatı daim Türkiyə ictimaiyyətinin diqqət mərkəzində olub. Universiteti bitirdikdən sonra “Interbank”da işə başlayan Ceyla Gölcüklü 1993-cü ildə Şeri Şahnavaz ilə bankda tanış olub və 3 ay sonra cütlük Londonda “Grovenor House”də evlənib, Lara adlı qızları dünyaya gəlib. 11 il sürən evlilikdən sonra cütlük 2005-ci ildə boşanıb. Məhkəmə ərinin sərvətinin yarısını Ceyla Gölcüklüyə verib. Beləliklə, onun Bodrumdaki mülkü, Muğlada bir zeytun yağı fabriki, Gökova və Marmarisdə yüzlərlə hektar torpağı olub. Bir sözlə, Ceyla Gölcüklü iş adamından boşanmasına görə aldığı 84 milyon dollar təzminatla məşhurlaşıb.
Ceyla Gölcüklü Şeri Şahnavazla evliliyindən dünyaya gələn 15 yaşlı qızı Laranı çox sevib, qızına görə bir daha heç kim ilə evlənməyəcəyini bildirib. Onun növbəti sevgilisi iş adamı Zeki Tanyeri olub və cütlüyün 5 ildir ki, münasibətləri olsa da, evlənməyiblər.
38 yaşlı gözəl xanım 3 ay əvvəl mədəsində ağrılar hiss edib, ABŞ-a xəstəxanaya müayinə üçün gedən zaman ona mədə xərçəngi olduğu bildirilib. Türkiyəyə dönmək məcburiyyətində qalan və 14 gün xəstəxanada müalicə alan Ceyla Gölcüklü dekabrın 5-də beyin ölümü keçirib.

1365