Sabirabadda ana və qızının qətli ilə bağlı rəsmi məlumat yayılıb
Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, 2011-ci il yanvarın 12-də Sabirabad şəhər sakini, 1928-ci ildə anadan olmuş Xalidə Həsən qızı Güləliyevanın və onun qızı, 1956-cı il təvəllüdlü Əzizbəyimin yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar olunması barədə rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında həmin fakt üzrə Sabirabad rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlayıb.
Cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün dərhal istintaq-əməliyyat qrupu yaradılmış, iş üzrə şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəmə-bioloji ekspertizaları və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılmış tədbirlərlə cinayət hadisəsinin Xalidə Güləliyevanın oğlu - 1960-cı ildə Sabirabad şəhərində anadan olmuş Güləliyev Əbülfəz Əli oğlu tərəfindən törədilməsi müəyyən olunub.
Toplanmış sübutlar əsasında Əbülfəz Güləliyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yanvarın 17-də Qusar rayonu ərazisində tutulub.
Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir.

433