Yardımlı sakini döyüb öldürdüyü arvadını basdırmaq istəyib
2011-ci il yanvarın 16-da Qaradağ rayon prokurorluğuna Yardımlı rayonunun Hamar kəndində pasport qeydiyyatında olan, Sahil qəsəbəsindəki Qaradağ stansiyası yaxınlığında yeni inşa olunmuş evlərdən birində yaşayan Babayeva Vəsilə Babaxan qızının vəfat etməsi barədə məlumat daxil olub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilir. Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı Vəsilə Babayevanın ölümü barədə hüquq mühafizə orqanlarına məlumat verilmədən öz əcəli ilə vəfat etməsi adı altında həyat yoldaşı Eldar Şəkərov tərəfindən dəfn olunmaq üçün Yardımlı rayonuna aparılması müəyyən edilib.
Məlumat əsasında meyit rayona çatmamış geri qaytarılaraq müayinə aparılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə təqdim olunub və keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı mərhumun bədənində çoxsaylı zorakılıq əlamətlərinin olması aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr olan mərhuma məxsus paltarlar, yataq dəsti və sair maddi sübutlar götürülüb. Eldar Şəkərov ifadəsində aralarında ailə-məişət zəminində baş vermiş münaqişə zamanı Vəsilə Babayevanı qəsdən döyməsini və bunun nəticəsində aldığı xəsarətlərdən ölməsini etiraf edib.
E.Şəkərov cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılıb.
Hazırda Qaradağ rayon prokurorluğunda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1076