“Qəbələ RLS-dəki qətllə bağlı yerli sakin saxlanılmayıb” - EKSKLÜZİV
Qəbələ Radiolokasiya Stansiyasında (RLS) rusiyalı zabitin qətlə yetirilməsi ilə bağlı yerli sakinlərdən saxlanılan yoxdur. Bu barədə Lent.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Maqsudov məlumat verib.
Hazırda Qəbələdə olan R.Maqsudov araşdırmaları davam etdirdiklərini bildirib. Onun sözlərinə görə, faktla bağlı hələlik heç kim həbs olunmayıb.
Qəbələ RLS-də qətl hadisəsi 2010-cu il dekabrın 31-də - Yeni il gecəsi törədilib. Qəbələ RLS-də xidmət edən bir qrup zabit Yeni ili qeyd etmək üçün mayor Sergey Mixayloviç Qraçovun hərbi şəhərcikdəki evinə toplaşıb. Qonaqlar yeyib-içdikdən sonra hələlik istintaqa məlum olmayan səbəbdən ev sahibi ilə aralarında dava düşüb. Nəticədə zabitlər S.Qraçovu öldürərək evdə olan pul və qızıl-zinət əşyaları götürüb hadisə yerini tərk ediblər. Hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat isə yanvarın 2-də daxil olub. S.Qraçovun yaşadığı mənzilə gələn əməliyyatçılar onun meyitini başı kəsilmiş vəziyyətdə aşkarlayıblar.
S.Qraçovun meyiti bir neçə gün əvvəl Rusiyaya yola salınıb.
Qeyd edək ki, bir sıra xarici saytlar hadisə ilə bağlı yerli sakinlərdən saxlanılanların olduğunu yazmışdı.
Nizam Rza

549