Xaçmazda yanğın: 46 yaşlı kişi tüstüdən boğulub öldü
Xaçmaz rayonunda yanğın baş verib. Yanğın Xaçmaz şəhəri, Rufulla Axundov küçəsi ev 7-də qeydə alınıb. Xaçmaz şəhər sakini, 1939-cu il təvəllüdlü Abdullayeva Jena Vəli qızına məxsus yaşayış evində baş verən yanğın nəticəsində evdə olan 46 yaşlı Məhsimov Ramiz Teyyub oğlu boğularaq ölüb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. 2 mərtəbəli yaşayış evinin 17 kvadratmetr hissəsi yanıb. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Vəli Turan

437