“Porshe” “VAZ 2107” ilə toqquşdu: 2 ölü
17 yanvar 2011 09:49 (UTC +04:00)

“Porshe” “VAZ 2107” ilə toqquşdu: 2 ölü

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Lent.az-a verilən məlumata görə, Xəzər rayonu ərazisində Buzovna dairəsi adlanan ərazidə “Porshe” və 90 XB 526 dövlət nömrə nişanlı “VAZ 2107” markalı iki avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb. Məlumata görə, şəxsiyyətləri hələlik müəyyənləşdirilməmiş hər iki şəxs 30-35 yaşlarındadır.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar