Ötən il Bakıda 1010 yol qəzası baş verib
2010-cu ildə Azərbaycan paytaxtında 1010 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtda baş verən yol qəzalarında 288 nəfər ölüb, 1001 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2009-cu illə müqayisədə ötən il yol qəzalarının sayının azaldığını qeyd edin V. Əsədov ölüm hadisələrinin sayında isə ciddi fərq olmadığını vurğulayıb.
V. Əsədov bildirib ki, ötən il Bakı şəhərində baş vermiş yol qəzaların 51,7 faizi sürət həddinin aşılması nəticəsində törədilib. Nəticədə 191 nəfər ölüb, 442 nəfər isə xəsarət alıb. Piyadaların vurulması ilə 519 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 134 nəfər dünyasını dəyişib, 413 nəfər xəsarət alıb.
2010-cu ildə Bakıda baş verən yol qəzalarının 99-u azyaşlılarla bağlı olub. Nəticədə 22 nəfər ölüb, 84 nəfər isə xəsarət alıb. Ölənlərin 21-i, xəsarət alanların 20-si 6 yaşadək uşaqlardır.

516