Bakı sakini Qubada bıçaqlandı
Yanvar ayının 14-də Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Niyazi Abbasov ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəsarət alan şəxs əməliyyat olunub. Niyazi Abbasovun döş qəfəsinə bir neçə bıçaq zərbəsi endirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Əməliyyatdan sonra Niyazi Abbasov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən Lent.az-a xəstənin vəziyyətinin ağır stabil olduğu bildirilib. Quba rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub, araşdırma aparılır.
Vəli Turan

475