Ağdaşda iki avtomobil toqquşdu: 5 yaralı
14 yanvar 2011 17:04 (UTC +04:00)

Ağdaşda iki avtomobil toqquşdu: 5 yaralı

Yanvarın 14-də Ağdaşda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Ağdaş rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, “VAZ 2107” və “Nissan Tiida” markalı iki avtomobil toqquşub. Nəticədə “VAZ 2107”-dəki 3, digər avtomobildə olan 1 nəfər xəsarət alıb.



Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Şirazi Qasımzadə isə APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün saat 15:00 radələrində Ağdaş-Ləki avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb. Məlumata görə, Göyçay rayonunun Hacalıkənd kənd sakini, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional mərkəzinin Göyçay bölməsinin əməkdaşı, leytenant 1983-cü il təvəllüdlü Süleymanov Səbuhi Babakişi oğlunun idarə etdiyi 90-HD-628 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdə yolun eyni hərəkət hissəsində hərəkətdə olan Xocalı rayon sakini, Ağdaş rayonunda məskunlaşmış 1972-ci il təvəllüdlü İsgəndərov İsgəndər Əlövsət oğluna məxsus 10-UO-147 dövlət nömrə nişanlı “Nissan TIDA” markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində hər iki sürücü idarəetməni itirib və avtomobillər yoldan çıxaraq aşıb. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ 2107”-də olan FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Mərkəzinin Göyçay bölməsinin 3 əməkdaşı – Göyçay rayon sakinləri 1979-cu il təvəllüdlü İsmayılov Elşən Asif oğlu, 1979-cu il təvəllüdlü Kərimov Fuad Firudin oğlu və 1978-ci il təvəllüdlü Nəbiyev Mənsur Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda onların vəziyyəti orta-ağırdır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar