Günün tarixi
15 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1559. İngiltərə kraliçası I Yelizavetanın tacqoyma mərasimi baş tutub

1622. Fransız dramaturq Jan Batist Molyer anadan olub

1753. “British Museum” açılıb

1794. Rus şairi, diplomat Qriboyedov anadan olub

1826. Parisdə “Le Figaro” qəzetinin ilk nüsxəsi çapdan çıxıb

1850. Rus riyaziyyatçısı Sofya Kovalevskaya anadan olub

1918. Misir prezidenti Camal Əbdül Nasir anadan olub

1919. Almaniya kommunist partiyasının təsisçiləri Roza Lüksemburq və Karl Libknext həbs edilib, bir müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilib

1919. Erməni hücumlarının qarşısını almaq üçün ADR Nazirlər Şurası Zəngəzur, Cəbrayıl, Şuşa və Cavanşir qəzaları üzrə general-qubernatorluq yaradıb və Xosrov bəy Sultanov qubernator təyin edilib

1920. Əlimərdan bəy Topçubaşov Fransa XİN-ə dəvət edilib. Azərbaycanın de-fakto tanınması barədə Paris sülh konfransının qərarı ona təqdim edilib

1920. Paris sülh konfransının hərbi Şurası Azərbaycan və Gürcüstana hərbi yardım məsələsini müzakirə edib

1920. ADR parlamenti kəndli sahibkarlara xırda kreditlər vermək barədə qərar qəbul edib

1923. Azərbaycan Komsomolunun “Gənc işçi” qəzeti nəşrə başlayıb

1923. Zaqafqaziya MİK və Zaqafqaziya XKS-nin “Yeni fikir” qəzeti Tiflisdə nəşrə başlayıb. Qəzetin nəşri 31 mart 1927-də dayandırılıb

1943. Pentaqonun tikintisi başa çatıb

1971. Misirdə Asuan bəndi istismara verilib

1982. Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılıb

1990. SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və başqa rayonlarda fövqəladə vəziyyət” elan edib. Azərbaycan SSR Ali Sovetinə respublikanın istənilən rayonunda komendant saatı elan etmək səlahiyyəti verilib

1990. Bakıda 13 yanvarda bir erməninin 2 azərbaycanlını öldürməsi ilə başlayan iğtişaşlar başa çatıb

1992. Avropa Birliyi Sloveniya və Xorvatiyanın müstəqilliyini tanıyıb

1997. Azərbaycan Respublikası Kosta-Rika ilə diplomatik əlaqələr qurub

2001. Vikipediya fəaliyyətə başlayıb

2009. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti azərbaycanlıların 60 il əvvəl Ermənistandan qovulmasına dair tarixi sənədləri qurumun qış sessiyasında təqdim edib

2009. Ermənistan hökuməti Şuşa şəhərinin erməniləşdirilməsi məqsədi ilə 118 000 dollar vəsait ayırıb

2010. Saat 05.10. Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib.

Günün aforizmi

“Antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır”.

Əbdürrəhman Vəzirovun Moskvaya teleqramı, 15 yanvar 1990.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar