“Kurtlar Vadisi”nin aktyoru ölümdən döndü
“Kurtlar Vadisi Pusu” teleserialında “müşavir Ünsal Kemal” xarakterini canlandıran teatr və film aktyoru Mesut Akusta avtomobil qəzası keçirib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, qəza bu gün sabah saatlarında İstanbulda Piyalepaşa bulvarı istiqamətində baş verib.
Mesut Akustanın idarəetməni itirməsi nəticəsində avtomobil öncə yolun sağındakı, sonra da solundakı maneəyə çırpılıb. Avtomobilə böyük ziyan dəyib. Qəza vaxtı təhlükəsizlik kəməri bağlı olduğu üçün Mesut Akusta və yanındakı Hikmet Ferruh Okan sağ qalıblar. Mesut Akusta avtomobildən üzü yaralı halda çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hikmet Ferruh Okan isə yüngül yaralanıb və avtomobilin yanında polislərin gəlməsini gözləyib.
Şişli Memorial Xəstəxanasına aparılan Mesut Akustanın vəziyyəti haqqında məlumat verən professor Cenk Şen deyib ki, aktyorun həyatı üçün təhlükə yoxdur. O, aktyorun üzündə bir neçə qırış aşkarladıqlarını və onun əməliyyat ediləcəyini söyləyib. Əməliyyatdan bir neçə gün sonra Mesut Akusta evə buraxılacaq.

Oxşar yazılar

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT
23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI
23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI
23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi
23 iyul 2025 , 15:08
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi
23 iyul 2025 , 14:42
Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - YENİLƏNİB
23 iyul 2025 , 14:14
Gecəyarı azərbaycanlı gəncin evi yandı
23 iyul 2025 , 13:24