Rza İbadov axtarışa verilib
Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, sabiq millət vəkili R. İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bir neçə il əvvəl R. İbadovla bağlı məhkəməyə müraciət olunub. Məhkəməyə gəlməkdən boyun qaçırdığı üçün isə onun barəsində axtarış elan edilib.
Qeyd edək ki, Rza İbadov 2000-ci il parlament seçkilərində Azərbaycan Milli Məclisinə deputat seçilib. 2005-ci ildə isə 24 saylı Nizami I Seçki Dairəsindən namizədliyini irəli sürüb. Lakin seçki ərəfəsində R. İbadov Azərbaycanı tərk edərək İngiltərəyə gedib. Sabiq millət vəkilinin hazırda İngiltərədə bizneslə məşğul olduğu bildirilir.

575