“Ağdam Elektirkşəbəkə”də ölüm hadisəsi - EKSKLÜZİV
Yanvarın 13-də Ağdamda ölümlə nəticələnən insident baş verib. Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Ağdam sakini, 1931-ci il təvəllüdlü Məmmədov Məhərrəm Alış oğlu “Ağdam Elektirşəbəkə”nin rəisi Zülfi Salahovun kabinetinə gələrək, onunla mübahisə edib.
Mübahisə sonradan daha da qızışıb və yaxınlıqdakı insanlar 80 yaşlı kişi ilə idarə rəisinin əlbəyaxa olmasına imkan verməyərək, M.Məmmədovu idarədən çıxarıblar. Az sonra 80 yaşlı kişi elə idarənin həyətindəcə yıxılaraq ölüb.
Lent.az-a verilən digər məlumata görə, idarə rəisi ilə mübahisə edən kişinin oğlu “Ağdam Elektrikşəbəkə”nin işçisi olub. Lakin bir neçə gün əvvəl o, işindən azad edilib. Səbəb kimi isə M.Məmmədovun oğlunun işində nöqsanlara yol verməsi göstərilib.
Bundan sonra baş verənlərə etiraz edən və oğlunun hüquqlarını müdafiə edən 80 yaşlı ata idarəyə gələrək “haqq-hesab” çürütmək istəyib.
Artıq zərərçəkmiş tərəf məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Şikayət məktubunda həmçinin “Ağdam Elektirkşəbəkə”nin rəisi Z.Salahovun 80 yaşlı kişiyə qarşı zorakı hərəkət etdiyi də qeyd olunur.
Məsələ ilə bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.
Nizam Rza

707