Strasburq Məhkəməsindən Azərbaycanla bağlı daha bir qərar
APA-nın məhkəmənin saytına istinadən yaydığı məlumata görə, iddiaçılar Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərini tərk etmiş məcburi köçkünlərin məskunlaşdığı mənzillərin sahibi olan 10 Azərbaycan vətəndaşıdır. Onlar ədalətli məhkəmə təhqiqatı və mülkiyyətin müdafiəsi hüquqlarının pozulduğunu iddia edərək məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdən köçürülməsinə dair məhkəmə qərarlarının icra olunmamağından şikayət ediblər.
Avropa İnsan Haqları Məhkəməsi iddiaçıların ədalətli məhkəmə təhqiqatı və mülkiyyətin müdafiəsi hüquqlarının pozulduğu qənaətinə gəlib. Məhkəmə qərarında bildirilir ki, verilən iddia əsasında məhkəmə qərarları iddiaçıların lehinə üç ay ərzində icra olunmalı və onlara dəyən maddi və mənəvi ziyana görə kompensasiya ödənməlidir. Qərara əsasən, iddiaçılardan 9 nəfərin hər birinə dəyən maddi ziyana görə 2500 avro, 1 nəfərə isə 7000 avro təzminat ödənilməsi nəzərdə tutulur. Dəyən mənəvi ziyana görə isə 9 nəfərin hər birinə 1200, bir nəfərə isə 3000 avro təzminat ödənməlidir. Məhkəmə xərcləri üçün isə 2000 avro təzminat müəyyənləşdirib. Ümumilikdə bu iş üzrə müəyyənləşən təzminatın dəyəri 45300 avrodur.

516