Şirkət menecerinin apelyasiya şikayəti təmin olunmayıb
APA-nın xəbərinə görə, prosesdə apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Əzizov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İman Əzizov adı çəkilən şirkətin meneceri vəzifəsində işləyib. O, şirkətin Ağa Neymətulla küçəsində yerləşən mağazasından mobil telefonlar və danışıq kartlarını mənimsəməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsinə əsasən ittiham olunub.

422