Ötən il Çevik Polis Alayı 1251 cinayətkarın tutulmasında iştirak edib
Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Müşavirədə çıxış edən R. Usubov bildirib ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində ötən ili də yüksək göstəricilərlə başa vurub: “Ümumilikdə, cinayətlərin, xüsusən onun ağır növlərinin azalması tendensiyası hesabat dövründə davam edib. Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycan asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutub, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkəmiz ənənəvi olaraq, üstün mövqelərini qoruyub”.
Tədbirdə, həmçinin qeyd edilib ki, ötən il mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə işi də sistemli xarakter daşıyıb. Belə ki, 2010-cu ildə ümumi cinayətlərin açılma göstəriciləri yüksək olub, qəsdən adam öldürmə və adam oğurluqlarının açılması yaxşılaşıb. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində və “102” xidməti vasitəsilə, eləcə də prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış yüzlərlə cinayətin üstü açılıb. Həmçinin «Təhlükəsiz şəhər» Xidmətİ tərəfindən video müşahidə vasitələrinin tətbiqi ilə bir çox cinayətlərin açılması təmin edilib, yol hərəkəti qaydaları əleyhinə olan minlərlə inzibati xəta aşkarlanıb, yol-nəqliyyat qəzaları müəyyən edilib.
Hesabat dövründə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Səhlab Bağırov məruzə ilə çıxış edib. O qeyd edib ki, 2010-cu ildə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, ictimai asayişin təmini, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı vəzifələrin icrası məqsədyönlü şəkildə davam etdirilib. Ötən il ÇPA-nın şəxsi heyəti müxtəlif cinayət törətmiş 1251 nəfərin, o cümlədən zorlamaya görə 4, qəsdən adam öldürməyə görə 8, quldurluğa görə 17, sağlamlığa ağır zərər vurmaya görə 31, dələduzluğa görə 32, soyğunçuluğa görə 34, xuliqanlığa görə 253, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 276, oğurluğa görə 289, habelə axtarışda olan 287 şəxsin tutulmasında iştirak edib. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 14 min 554 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunub. Patrul bölükləri tərəfindən 1 avtomat silah, 3 tapança, 3 ov tüfəngi, 5 qumbara, 456 ədəd döyüş gülləsi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkədə sabitliyin, etibarlı qorunduğunu, belə təhlükəsiz şəraitdən, əmin-amanlıqdan hər bir kəsin çox yararlandığını vurğulayıb.

1196