Maskalılar 74 yaşlı qadının evini qarət etdilər
Azərbaycanın Balakən rayonunda ev qarət olunub.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Hadisəsi yanvarın 11-də saat 20.00 radələrində rayonun Mahmalar kəndində qeydə alınıb. Dörd nəfər maskalı naməlum şəxs Mahmalar kəndində tənha yaşayan, 1937-ci il təvəllüdlü Alıqayev Pirdas Məhəmməd qızının evinə daxil olaraq ondan pul və qızıl-zinət əşyaları tələb ediblər. Onlar qadını yerə yıxıb əl-qolunu bağladıqdan sonra evdə axtarış aparıblar. Bu gün səhər saatlarında əl-qolunu aça bilən qadın Polis Şöbəsinə zəng edərək evinin qarət edilməsi barədə xəbər verib.
Hadisə yerinə gələn polislərin apardıqları ilkin araşdırma zamanı məlum olub ki, maskalı şəxslər P. Alıqayevaya məxsus sandığı dağıdaraq, oradan 2000 manat məbləğində pul, 1 ədəd klonlu qızıl boyunbağı, 2 ədəd qızıl üzük və 20 ədəd qızıl dişi götürərək hadisə yerini tərk ediblər. Hadisə ilə bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, evi qarət edən şəxslərin tutularaq, istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

454