Nəsimi RPİ-nin binasının açılışı təxirə salınıb
11 yanvar 2011 18:55 (UTC +04:00)

Nəsimi RPİ-nin binasının açılışı təxirə salınıb

Lent.az-ın məlumatına görə, yanvarın 11-də daxili işlər naziri Ramil Usubov idarəyə gəlib. O, təmir işlərinə və idarənin binasına baxış keçirib və bir sıra nöqsanlar aşkarlayıb. R.Usubov nöqsanların yanvarın 19-dək aradan qaldırılmasını tapşırıb və açılış tarixini həmin vaxta təyin edib.

Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsindən nazirin idarədə olması xəbərini təsdiqlədilər. İdarədən Lent.az-a həmçinin bildirildi ki, əvvəlcədən açılışı yanvarın 11-nə nəzərdə tutulmuş bina yanvarın 19-da istifadəyə veriləcək.

Qeyd edək ki, bir neçə aydır, binası təmirə dayandırılmış Nəsimi Rayon Polis idarəsi fəaliyyətini hazırda Bakı şəhər Baş Polis İdarəsinin binasında davam etdirir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar