Pedaqoji Universitetin müəllimi öldürülüb
Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 16.30 radələrində, rayonun M. Hadi küçəsi ev 63, mənzil 36-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 62 yaşlı Mahrux Mehdi qızı Əliyeva yaşadığı mənzildə naməlum şəxslər tərəfindən qətlə yetirilib. Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu gəlib.
Araşdırmalar zamanı məlum olub ki, M. Əliyeva həmin ünvanda tək yaşayıb. İlkin versiyaya görə, naməlum şəxslər oğurluq məqsədi ilə qeyd olunan ünvana gəliblər. Onlar ev sahibəsinin başına küt alətlə vuraraq öldürüblər. Mənzildən oğurluq edilməsi barədə isə hələlik heç bir məlumat yoxdur.
Faktla bağlı cinayət işi başlayıb, istintaq gedir.
Qeyd edək ki, qətlə yetirilən M. Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimidir.

497