Günün tarixi
12 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1580. Belçikalı kimyaçı Yan Batista anadan olub. O, elmə “qaz” terminini gətirib

1665. Fransız fizik Pyer Ferma anadan olub

1876. Amerikan yazıçı Cek London anadan olub

1876. Türk hərbi xadimi, sonuncu türk marşalı Fevzi Çakmak anadan olub

1893. Sovet aviasiya mühəndisi Mixail Quryeviç (MİQ təyyarələrinin yaradıcısı) anadan olub

1903. Fizik, sovet atom bombasının atası İqor Kurçatov anadan olub

1907. Sovet kosmonavtikasının aparıcı siması Sergey Korolyov anadan olub

1908. Şərqdə ilk opera hesab edilən “Leyli və Məcnun”un ilk tamaşası keçirilib

1945. Sovet qoşunları Şərqi Avropada güclü əks hücuma başlayıb

1976. İngilis yazıçı Aqata Kristi vəfat edib

1989. A.Volskinin rəhbərlik etdiyi qondarma Xüsusi İdarə Komitəsi fəaliyyətə başlayıb

1990. Sovet lideri Qorbaçovun Vilnüsə səfəri zamanı 300 000 nəfər müstəqillik tələbi ilə mitinq keçirib

1990. Rumıniya ilk Şərqi Avropa ölkəsi olaraq Kommunist Partiyasını qadağan edib

1991. ABŞ Konqresi Corc Buşa İraqda silah tətbiq etməyə səlahiyyət verib

1998. 19 Avropa ölkəsi insan klonlanmasına dair ilkin qanunu ratifikasiya edib

2000. Türkiyədəki koalisiya hökuməti terrorçu Abdulla Öcalan barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə salıb

2004. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam verib

2006. Həcc ziyarəti zamanı şeytan daşlama mərasimində basabas zamanı 362 zəvvar vəfat edib

2008. Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycanda bir sıra görüşlər keçirib

2009. Estoniya prezidenti Tomas Hendrik İlves Azərbaycana rəsmi səfərə gəlib

2009. Azərbaycan ombudsmanı İsrailin Qəzzaya hücumunu pisləyib

2009. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ölkəsinin Ermənistana 800 milyon dollarlıq silah satması ilə bağlı XİN-ə çağırılıb

2009. Azərbaycan ekspedisiyası Antarktidanın Vilson zirvəsinə Azərbaycan bayrağını sancıb.

Günün aforizmi

“Müstəntiqlər məni fiziki repressiyaya məruz qoydular və ələ saldılar”.

Sergey Korolyovun gündəliyindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar