Yanacaqdoldurma məntəqəsində qətllə bağlı acı gerçək
APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən mərhumun yaxın qohumudur.
Məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində Ağstafa rayonunun Qırılı kəndi ərazisində, yanacaqdoldurma məntəqəsinə hücum təşkil edən və oranın işçisi Məmməd Məmmədovu qətlə yetirən şəxsin, mərhumun qohumu, müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahib Əsgərov olduğu müəyyən edilib. Hadisənin qohumlar arasında əvvəlcədən mövcud olan münaqişə zəmində baş verdiyi bildirilir.
Qeyd edək ki, məlum hadisə yanvarın 10-da gecə saatlarında Ağstafa rayonunun Qırılı kəndi ərazisində, Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Üç naməlum şəxs məntəqəyə gələrək orada operator işləyən, 33 yaşlı Məmməd Məmmədova avtomat silahdan atəş açıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Quldurlar operatorun öldüyünü görüb hadisə yerindən qaçıblar.
Həyata keçirilən araşdırmalar nəticəsində hadisənin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgərlər Mehdiyev Sənan Rza oğlu və Ağayev Ulduz Əbilağa oğlu tərəfindən törədildiyi məlum olub. Baş vermiş hadisə ilə əlaqədar Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb və təqsirkarlar müəyyən edilərək həbs olunublar.

535