Göygöldə tarixi bina yanıb
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 870 kvadrat metr olan ikimərtəbəli poliklinika binası yanıb. Yanğın 100 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər saat 08.00 radələrində yanğının qarşısını alıb.
Qeyd edək ki, yanğın baş verən bina 19-cu əsrdə almanlar tərəfindən tikilib. Bina tarixi binalar siyahısına salınıb.
Qeyd edək ki, yanğın baş verən bina 19-cu əsrdə almanlar tərəfindən tikilib. Bina tarixi binalar siyahısına salınıb.
479