
Bakıda dəhşətli qətliam: 4 ölü, 1 yaralı - TƏFƏRRÜAT
Yanvarın 11-nə keçən gecə Bakıda dəhşətli qətl hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayon sakini Mehrəliyev Rövşən Qəribxan oğlu arvadı, anasını və 2 uşağını çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Digər uşaq isə qaçaraq qonşuya gedib və hadisə barədə polisə məlumat verilib.
R.Mehrəliyev daha sonra özünü də öldürmək istəyib. Lakin özünə bıçaqla ağır xəsarət yetirsə də, ölməyib. O, hazırda 3 saylı şəhər xəstəxanasındadır.
Faktla bağlı cinayət işi başlanılıb.
Lent.az-a verilən digər məlumata görə, R.Mehrəliyev Nizami rayon Şirin Mirzəyev küçəsi 72-ci bina ev 34-də anası 1950-ci il təvəllüdlü Mehrəliyeva Elmira Şərifəddin qızı, arvadı 1978-ci il təvəllüdlü Mehrəliyeva Lalə Qədim qızını, qızı 2004-cü il təvəllüdlü Səidəni və 4 yaşlı oğlu İlhamı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Atasının törətdiyi hadisələri görən R.Mehrəliyevin qızı, 8 yaşlı Nuranə qaçaraq qonşuya xəbər verib və dərhal evə polislər gəlib. Polislərin gəldiyini görən R.Mehrəliyev özünə bıçaqla bir neçə zərbə vurub. Hüquq-mühafizə orqanlarının nümayəndələri dərhal onu 3 saylı şəhər xəstəxanasına aparıblar. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Nizam Rza
Oxşar yazılar

Ağdam və Ağdərədəki yanğın gecə boyunca davam edib - VİDEO - YENİLƏNİB 2
23 iyul 2025 , 05:28
Kürdəmirdə 8 nəfər qidadan zəhərləndi
23 iyul 2025 , 03:45
Gəncədə orta yaşlı kişi bıçaqlandı
23 iyul 2025 , 01:44
Sumqayıtda 44 yaşlı kişini oğlanları döyüb öldürdülər - YENİLƏNİB
22 iyul 2025 , 21:57
Azərbaycanda 87 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
22 iyul 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varisləri ifadə veriblər
22 iyul 2025 , 19:01
Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq öldü - YENİLƏNİB
22 iyul 2025 , 18:52