Vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı 538 cinayət işi
2010-cu il ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 538 cinayət işi başlanıb və 163 iş üzrə ibtidai istintaq tamamlanıb.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işlərindən cəmi 48 nəfər barəsində 45 cinayət işi, o cümlədən vergiləri ödəməkdən yayınmaya görə 30 iş, qanunsuz sahibkarlığa görə 7 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 6 iş, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə görə 1 iş və dövlət sərhədini qanunsuz olaraq keçməyə görə 1 iş baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 87 cinayət işinə xitam verilib, 11 milyon 375 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 200 şəxsin məcburi qaydada gətirilməsi, 233 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 197 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi yoxlamalarından yayınan 302 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim edilib.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

613