Müdafiə Nazirliyi yanacaqdoldurma məntəqəsinə basqınla bağlı məlumat yayıb
Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, yanvarın 10-da saat 03.00 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə N saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgərlər Mehdiyev Sənan Rza oğlu və Ağayev Ulduz Əbilağa oğlu tərəfindən silahlı hücum edilib.
Baş vermiş hadisə ilə əlaqədar Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb və təqsirkarlar müəyyən edilərək həbs olunublar.
Qeyd edək ki, üç hərbçi məntəqədə operator işləyən, 33 yaşlı Məmməd Məmmədova avtomat silahdan atəş açıblar. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Quldurlar operatorun öldüyünü görüb hadisə yerindən qaçıblar.
Həyata keçirilən araşdırmalar nəticəsində hadisəni törədənlərin hərbçilər olduğu müəyyənləşib. Hadisəni törətməkdə şübhəli bilinən əsgərlər tutulublar.
Onlar ilkin dindirmə zamanı hadisəni tamah məqsədilə törətdiklərini etiraf edərək yanacaqdoldurma məntəqəsinə pul ələ keçirmək üçün basqın etdiklərini, ancaq operatorun sayıqlığı nəticəsində istəklərin nail olmadıqlarını bildiriblər. Basqında iştirak edən əsgər Sənan Mehdiyev də hadisə zamanı güllə yarası alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

591