QMİ Mövsüm Səmədovun çağırışı ilə bağlı bəyanat yayıb
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: “Qafqaz Müsəlmanları İdarəsi son günlər yerli KİV vasitəsilə yayımlanan və dindarların etirazına səbəb olan qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məsuliyyətsiz çağrışları ilə bağlı aşağıdakıları bəyan edir: Bu bir həqiqətdir ki, Allah-Təalanın mərhəməti sayəsində tarixin ən məsuliyyətli dövründə Azərbaycan xalqının, dövlətimizin taleyi qüdrətli şəxsiyyətlərə həvalə olunub. Məhz Heydər Əliyev dühası Vətənimizi parçalanma və məhvolma təhlükəsindən xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini bərqərar edib. Ulu öndərin xalqımızın uğurlu gələcəyi ilə bağlı ülvi arzularını həyata keçirmək missiyası isə möhtərəm dövlət başçımız İlham Əliyevə nəsib olub. Qədirbilən xalqımız bu siyasətin bəhrəsini görür və inşaallah, hələ uzun müddət də görəcək. Dünya şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Möhtərəm prezidentimiz hər bir Azərbaycan vətəndaşının prezidenti olaraq, hər birimizin din, vicdan azadlığının etibarlı qarantıdır. Din-dövlət münasibətlərində yüksək səviyyənin təmini, milli-mənəvi dəyərlərə və tarixi-dini abidələrə dövlət qayğısı istər Ulu Öndərin, istərsə də cənab İlham Əliyevin prezidentlik dövrlərini səciyyələndirən cəhətlərdəndir. Vətəndaş həmrəyliyinə xələl gətirmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və vicdan azadlığı insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətdə zərərli meyllərə, parçalanma və qarşıdurma cəhdlərinə qətiyyən haqq qazandırmır.
Biz, dindarlar, ömrünü, bütün varlığını xalqa xidmətə, Azərbaycanın inkişafına həsr etmiş ulu öndərimizin nurlu xatirəsinin, dövlətimizi ən ali məqamlarda təmsil edən möhtərəm prezidentimizin xalqımız və dövlətimiz qarşısında xidmətlərini inkar edən çağrışların edilməsini heç bir vəchlə qəbul etmir və buna qəti etirazımızı bildiririk. Hesab edirik ki, bu, xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bundan məqsəd, milli birliyimizi sarsıtmaq, sabitliyimizə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, olduqca təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal İslam adından sui-istifadə edən üzdəniraq təəssübkeşlər tərəfindən məqsədli şəkildə yaradılır. Başörtüsü məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanədir. Dindarlarımız nəzərə almalıdırlar ki, baş örtüsünə dövlət tərəfindən qadağa qoyulmayıb. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi başörtüsü ilə bağlı öz mövqeyini birmənalı şəkildə bildirib. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi günahlara və zorakılığa çağırışa yol verməz. Dövlət başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən, dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir.
Biz, dindarlar, dövlət mənafelərimizə, milli maraqlarımıza zidd olan bütün təhlükələrin qarşısının alınmasını olduqca vacib hesab edir, xalqımızı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırırıq. Bir daha bəyan edirik ki, Azərbaycan dindarları, inşaallah, heç bir zaman fitnələrə uymayacaq və öz dövlətçiliyinin qorunması yolunda bütün maneələri dəf edəcəklər”.

452