Nemət Pənahlının saxlanılmasının səbəbləri məlum oldu
10 yanvar 2011 11:18 (UTC +04:00)

Nemət Pənahlının saxlanılmasının səbəbləri məlum oldu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a açıqlamasında onun saxlanılmasının siyasi fəaliyyəti ilə bağlı olmadığını bildirdi: “Son günlərdə Azərbaycanda iki partiya sədrinin eyni vaxtda saxlanılması arasında heç bir əlaqə yoxdur. Onların saxlanmasının eyni günə düşməsi sırf təsadüfdür və başqa-başqa məsələlərdir. Nemət Pənahlı xuliqanlıq hərəkətinə görə saxlanılıb. O, bir neçə gün əvvəl, hazırda xəstəxanada müalicə olunan Bakı şəhər sakini Eldəniz Rzayev adlı vətəndaşa “Toyota” markalı maşın satıb. Həmin vətəndaş yeni aldığı avtomobili idarə edərkən, Mirəli Qaşqay küçəsində nasazlıq yaranıb və o, Nemət Pənahlıya zəng vuraraq satdığı maşının nasaz olduğunu deyib. Bu zaman N.Pənahlı Ceyhun adlı şəxslə M.Qaşqay küçəsinə gələrək E.Rzayevlə mübahisə edib və onu yumruqla, həmçinin küt alətlə vurub. E.Rzayev yanvarın 7-də saat 21:20-də DİN-in 102 xidmətinə zəng vuraraq baş verənlər haqqında məlumat verib”.

E.Zahidov zərərçəkən E.Rzayevin hazırda xəstəxanada müalicə olunduğunu bildirib: “N.Pənahlıya şikayət ərizəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3, Ceyhun adlı şəxsə isə 221.2.3-cü maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır”.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar