Astarada ağır qəza: ana və oğul ölüb
08 yanvar 2011 18:06 (UTC +04:00)

Astarada ağır qəza: ana və oğul ölüb

Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 7-də saat 23.00 radələrində Astara-Şahağacı avtomobil yolunun Astara rayonunun Kələdəhnə kəndi ərazisində qeydə alınıb.

Astara şəhər sakini, 37 yaşlı Arif Dadaşovun idarə etdiyi “Belarus” markalı, 07 T 080 dövlət nömrə nişanlı qoşqusuz traktor Astara şəhər sakini, 30 yaşlı Xalid Qurbanovun idarə etdiyi “VAZ-2106” markalı, 43 BA 429 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsünün həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ülkər Səməd qızı İsayeva və onun 9 yaşlı oğlu Aramiz Xalid oğlu Qurbanov hadisə yerindəcə dünyasını dəyişib. Sürücü X.Qurbanov isə qapalı kəllə-beyin travması, üzünün, burnunun çoxlu sayda yaraları, sağ üz nahiyəsində iri hemotoma diaqnozu ilə Astara Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Onun üzərində müvafiq cərrahiyyə əməliyyatı aparılsa da, hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar