Nemət Pənahlı barəsində cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ötən gün DİN-nin 102 xidmətinə zəng edən bir nəfər vətəndaş Nəsimi rayonu Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun adlı şəxslər tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının apardıqları araşdırma nəticəsində müraciət edən şəxsin kimliyi müəyyənləşdirilib və ona qarşı qeyd olunan hərəkətləri etməkdə şübhəli bilinən Nemət Pənahlı, Ceyhun adlı şəxs və şikayətçi 21-ci Polis Bölməsinə dəvət edilib.
Polis Bölməsində şikayətçi bildirib ki, hər iki şəxs M. Qaşqay küçəsində əvvəlcə onu təhqir ediblər, sonra isə dəmir dəyənək və yumruqlarla xəsarət yetiriblər.
İlkin təhqiqat nəticəsində müəyyənləşdirilib ki, şikayətçi ilə digər şəxslər əvvəlcədən tanışdırlar.
Hadisə ilə bağlı ekspertiza təyin olunub və Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi cinayət işi başlanılıb.
DİN mətbuat xidmətindən o da qeyd olunub ki, cinayət işi üzrə digər hərəkətlərin aparılması ekspertizanın nəticəsindən, yəni xəsarətin ağır və yüngüllüyündən asılı olacaq.
Qeyd edək ki, Nemət Pənahlı ilə əlaqə yaratmaq və onun mövqeyini öyrənmək mümkün olmadı.
Ramil Məmmədli

460