Bakı sakini ov tüfəngindən özünü güllələyib
Yanvarın 7-də saat 23.00 radələrində Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, Hüseyn Seyidzadə küçəsində yaşayan 1959-cu il təvəllüdlü Yaşar Qasımov evində olan ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.
Hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
477