Ötən il 5 nəfər minaya düşüb: 1 ölü, 4 yaralı
ANAMA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 6,306 PHS və 6 ədəd tank əleyhinə mina aşkarlanaraq, zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı, 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 151,820,465 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 640,589 olub.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Füzuli, Ağcabədi, Tərtər, Ağdam, Tovuz, Goranboy, Göy-Göl və Gədəbəy rayonlarının ərazilərində, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndində və Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin müraciətlərinə əsasən, Bakı Poladəritmə Zavodu, Binəqədi rayonu Biləcəri qəsəbəsində, Badamdar qəsəbəsi – Teleqüllə ətrafındakı ərazilərdə qısamüddətli təmizləmə əməliyyatları aparılıb.
2010-cu ilin 12 ayı ərzində Respublikanın müharibə getmiş ərazilərində və keçmiş Sovet ordusuna məxsus sursat anbarlarının partladılması nəticəsində NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Ağstafa rayonu Saloğlu kəndi və Ceyrançöl ərazilərinə səpələnmiş mina və partlamamış hərbi sursatlarıın (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarını davam etdirməklə, Füzuli, Ağcabədi, Tərtər, Xocavənd, Ağdam, Tovuz və Ağstafa rayonlarında 29,717, 406 kv.m. ərazi təmizlənib, 64,448 ədəd mina və PHS zərərsizləşdirilib və ərazilər tam təhlükəsiz vəziyyətdə yerli icra orqanlarına təhvil verilib.
2010-cu ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
Ötən il ərzində isə mina və mərmi partlayışları ilə bağlı 4 hadisə qeydə alınıb, nəticədə 4 nəfər zərər çəkib 1 nəfər həlak olub. Həlak olan şəxs hərbçidir. Zərərçəkənlərin 2 nəfəri hərbçi, 2 nəfəri mülki şəxsdir.
Nizam Rza

439