Bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Lent.az-ın xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Toğrul Sadıqov hadisəni qısqanclıq zəminində törədib. Belə ki, onun bacısı ilə qonşuluqda yaşayan 1986-cı il təvəllüdlü Məlikov Anar Yaşar oğlunun yaxın münasibətləri olub. Bundan qəzəblənən T.Sadıqov bacısını qətlə yetirəndən sonra Anar Məlikovu da öldürmək qərarına gəlib. Toğrul Sadıqov bu məqsədlə bıçaqla Anar Məlikovu da vurub. Lakin Anar Məlikov hadisə yerinə gələnlərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Proses yanvarın 11-də davam etdiriləcək.
432