Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edib
Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə müraciət edə bilərlər:
1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə.
2. şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti.
3. tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqdan verilir).
4. 3x4 və 5x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil.
5. ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri.
6. əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti.
7. yaşadığı ünvan üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar.
8. yaşadığı ünvan və ailə tərkibi haqqında arayış.
9. yaşadığı ünvan üzrə rayon (şəhər) hərbi komissarlığında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.
Sənədlər Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 29 aprel 2011-ci il tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaq.

542